Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı – MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “xüsusi təyinatlılarının məsullarından” olan Murat Keleş ölüb.

Məlumatı “TRT Haber” yayıb.

Məlumata görə, “Berhudan Harun” kod adlı M.Keleş 2016-cı il mayın 5-də Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda təhlükəsizlik qüvvələrinə qarşı keçirilən terror hücumunu törədənlərdəndir.

İstinadlar Report