
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stafan de Misturanın yerinə gələcək şəxsin adı açıqlanıb.
BMT Baş katibi Antonio Quterreş bu vəzifəyə Qeyr Pederseni təyin edib.
O, Misturanın bu postdan ayrılmasından sonra vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Mistura 3 həftə öncə verdiyi açıqlamada noyabrın sonunda istefa verəcəyini açıqlamışdı.