Misirin ən təhlükəli terrorçularından biri olan Hişam Aşmaui hərbi tribunal qarşısına çıxıb.

O daha əvvəl qiyabi olaraq mühakimə olunduğu beş epizod üzrə məhkəmə qarşısına çıxarılıb.

Qeyd olunur ki, terrorçunun törətdiyi və ya baş tutmasına yardım etdiyi hücumlar nəticəsində 54 nəfər ölüb.

Xatırladaq ki, H.Aşmaui keçən ilin oktyabrında Liviyanın Derna şəhərində yerli hərbçilər tərəfindən saxlanılıb, bu ilin may ayının sonlarında isə Qahirəyə təhvil verilib.

İstinadlar Report