
Misirin paytaxtı Qahirənin əl-Matariya rayonunda yerləşən xəstəxanada baş verən yanğın zamanı 3 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Bu barədə Misirin Səhiyyə Nazirliyinin sözçüsü Husam Abdel Kaffar bildirib.
Onun sözlərinə görə, 32 nəfər yanıq, sınıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozları ilə xəstəxanalara yerləşdirilib.
Yaralıların daşınmasına 10-dan çox təcili tibbi yardım maşını cəlb olunub.