Misirin Qalubiyyə vilayətində sərnişin qatarının qəzaya uğraması nəticəsində 32 nəfər həlak olub. Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb.

Qeyd olunub ki, Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində 109 sərnişin yaralanıb.

Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib.

Hadisə yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

18:23

Misirin paytaxtı Qahirə şəhərindən şimalda yerləşən Qalyubiya əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

Qeyd olunub ki, Qahirə – Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində 103 sərnişin xəsarət alıb.

İstinadlar Report