Misirin Baş Prokurorluğu aprelin 18-də Qalubiyyə vilayətində sərnişin qatarının qəzaya uğraması nəticəsində 23 nəfərin həlak olduğunu bildirib.

949 nömrəli sərnişin qatarı Benha rayonu istiqamətində hərəkətdə olarkən bir neçə vaqon relsdən çıxıb. Hadisə zamanı 23 nəfər həlak olub, daha 139 nəfər xəsarət alıb.

Açıqlamada bildirilir ki, baş prokurorun məsləhətçisi qəzada təqsirkar olan 23 nəfərin həbs edilməsi barədə order verib. Onlar qanun pozuntusunda və səhlənkarlıqda müqəssir bilinirlər.

Daha əvvəl bildirilirdi ki, Qahirə şəhərindən şimalda yerləşən Qalyubiya əyalətində sərnişin qatarı qəzaya uğrayıb. Qahirə – Mansur marşrutu ilə hərəkət edən sərnişin qatarının bir neçə vaqonunun relsdən çıxaraq aşması nəticəsində 103 sərnişin xəsarət alıb.

İstinadlar Report