Misirin paytaxtı Qahirədən 100 km məsafədə yerləşən Əyn-Soxna sənaye zonasında neft-kimya zavodunun anbarında baş vermiş partlayışda ölənlərin sayı 10 nəfərədək artıb.

Bu xəbər “Al-Watan” qəzeti məlumat verib.

15 işçi xəsarət alıb. Qeyd olunur ki, sınaq buraxılışı zamanı qaz saxlama rezervuarı partlayıb. Müəssisədə yanğın olub, artıq yanğını lokallaşdırılmaq mümkün olub.

İlkin məlumatlara görə, hadisəyə qaz sızması səbəb olub.

İstinadlar Report