Misirdə 18 nəfər mikroavtobusla yük maşınının toqquşmasının qurbanı olub.

Bu barədə “Al-Balad” nəşri bildirib.

Qəza Qiza və Beni-Sueyf əyalətləri arasında yolda, tunelin ətrafında olub. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxıb, bu halda yük maşını çevrilib.

Hadisə nəticəsində daha beş nəfər müxtəlif xəsarətlər alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

İstinadlar Report