Bazar günü Misir Ərəb Respublikasının paytaxtı Qahirənin cənub ətrafı – Kerdasa qəsəbəsində (Giza əyaləti) qızların təhsil aldığı ibtidai məktəb binasında baş vermiş uçqun nəticəsində bir uşaq həlak olub.

Bu barədə prokurorluğun məlumatında deyilir.

Hadisə zamanı həmçinin daha 15 uşağın yaralandığı bildirilir.

Hadisə tənəffüs zamanı şagirdlər pilləkənlərlə sinif otağına gedərkən baş verib. Ehtimala görə, konstruksiya məktəblilərin ağırlığına dözməyib və pilləkənlərin beton dayağı dağılıb.

İstinadlar Report