Misirin şimalındakı Şarkiyak vilayətinin Zəkazık şəhərində iki sərnişin qatarının toqquşması nəticəsində azı 3 nəfər ölüb, 49 nəfər yaralanıb.

Misirin Səhiyyə Nazirliyi bildirib ki, hadisə yerinə 39 təcili tibbi yardım maşını göndərilib. Vurğulanıb ki, qəzada yaralanan 44 nəfərin vəziyyəti stabil qiymətləndirilir və ərazidə xilasetmə işləri davam edir.

İstinadlar Report