
İsrail 33 əsirin əvəzində 1 890 fələstinli məhbusu azad edəcək.
Bu barədə Misirin Xarici İşlər Nazirliyi bəyanatında deyilir.
Bildirilir ki, atəşkəsin birinci mərhələsi 42 gün davam edəcək.
Bundan əvvəl HƏMAS-ın yanvarın 19-da atəşkəs razılaşması çərçivəsində Qəzza zolağında üç israilli əsiri azad etməyi planlaşdırdığı barədə xəbər yayılıb.
HƏMAS bildirib ki, Qəzza zolağında azad ediləcək israilli əsirlərin sayı fələstinli məhbusların sayından birbaşa asılı olacaq.