Fələstinin HƏMAS radikal qruplaşmasının rəsmi olaraq tanınan Fələstin hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur.

Bunu Münxen Təhlükəsizlik Konfransında Misirin xarici işlər naziri Sameh Şükrü deyib.

Onun sözlərinə görə, HƏMAS Fələstin konsensusundan kənardadır və İsrailin mövqeyini tanımır, danışıqlara girmir və eskalasiya kursundan əl çəkmir.

Şükri həmçinin HƏMAS-ın Qəzza zolağında hakimiyyətə necə gəldiyini, hərəkatın maliyyə mənbələri ilə bağlı narahatlığını da dilə gətirib.

İstinadlar Report