Misir və İsrail “Rəfah” sərhəd-keçid məntəqəsinin yenidən açılması ilə bağlı danışıqlar aparır.

Bu barədə “The Wall Srteet Journal” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu keçid məntəqəsi Qəzza zolağına humanitar yardımın çatdırılmasında mühüm rol oynayır və hərbi əməliyyatların müvəqqəti dayandırılmasına zəmin yarada bilər.

Keçid məntəqəsi dekabrın əvvəlində açıla bilər. Misir rəsmiləri artıq İsraillə danışıqlar aparıblar və HƏMAS nümayəndələri bu gün Qahirəyə gələcəklər.

Plan Qəzza zolağında 60 gün müddətinə müvəqqəti atəşkəs əldə etməyi nəzərdə tutur. İsrail anklavda hərbi mövcudluğunu saxlayacaq, Fələstin tərəfinə nəzarət isə HƏMAS-dan Fələstin Muxtariyyətinə keçəcək. “Rəfah” keçid məntəqəsindən hər gün humanitar yardım daşıyan 200-ə qədər yük maşını keçə biləcək.

İstinadlar Report