Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Cozef Bayden Qəzza zolağında atəşkəsin yaradılması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Onlar Amerika tərəfinin təşəbbüsü ilə telefon danışığı aparıblar.

“Dövlət başçıları Qəzzada atəşkəs və iki dövlət prinsipinin həyata keçirilməsinə yönəlmiş birgə intensiv fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Məhz bu prinsip Yaxın Şərq regionunda yaşayan bütün xalqlar üçün sabitliyin əsas təminatçısı rolunu oynayır”, – Misir Prezidentinin rəsmi nümayəndəsi Əhməd Fəhmi feysbukdakı səhifəsində yazıb.

İstinadlar Report