Misir prezidenti Əbdül Fəttah əs-Sisinin cümə məscidində fərqli namaz qılması müsəlman ölkələrində ciddi tənqid olunub. Ötən gün cümə məscidinə gedən Misir prezidenti namaz qılarkən hər kəsi təəccübləndirib. Belə ki, Sisi namazda olmayan hərəkətlər edib. Ölkənin dövlət kanalı ilə canlı olaraq yayımlanan bu görüntülər isə sosial mediada və müsəlman ölkələrində ciddi tənqidlərə səbəb olub.