
Misirin Nümayəndələr Palatası (parlamentin aşağı palatası) yeni hökumətin təqdim etdiyi fəaliyyət proqramını təsdiqləyib və Mustafa Madbulinin başçılıq etdiyi Nazirlər Kabinetinə etimad edildiyini təsdiqləyib.
Bu barədə “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.
“Misir parlamentinin spikeri Hənəfi əl-Qəbali Nümayəndələr Palatasının Madbuli hökumətinin təqdim etdiyi proqramı təsdiqlədiyini açıqlayıb və deputatların ona etimadını ifadə edib”, – telekanal qeyd edib.
Bildirilir ki, parlament iclası Misir hökumətinin başçısı və kabinetdəki əksər nazirlərin iştirakı ilə baş tutub.