
Misir kəşfiyyatının heyəti Qəzza zolağında müharibəyə son qoymaq haqqında mümkün razılaşma ilə bağlı uzlaşmaq üçün cümə axşamı günü Təl-Əvivə səfər edib.
Bu barədə “Al-Araby Al-Jadeed” qəzeti yazıb.
Bildirilib ki, Misir nümayəndə heyətinin vəzifələrindən biri hərtərəfli razılıq əldə olunacağı təqdirdə İsrailin Qəzza zolağından qoşunlarını çıxarmağa hazır olması ilə bağlı cavab almaq olub.