
Misir İsrailə və HƏMAS-a Qəzza zolağında nizamlanma ilə bağlı yeni təkliflər təqdim edib.
Bu barədə “The National” nəşri məlumat yayıb.
Bu təkliflər 60 günlük atəşkəsi, qalan israilli girovların azad edilməsini və müharibəyə son qoyulması ilə bağlı danışıqların başlanmasını əhatə edir.
Mənbələr bildiriblər ki, HƏMAS-ın təşəbbüsə ilkin reaksiyası “ümidverici” olub, lakin İsrail hakimiyyəti hələ təklifləri öyrənir. İsrail vasitəçilərlə Misir planını müzakirə etmək üçün bazar ertəsi öz nümayəndə heyətini Qətərə göndərib.