Misir, İsrail, Qətər və ABŞ-dan olan nümayəndələr Qəzza zolağında hərbi əməliyyatlardakı fasilənin uzadılmasına çalışırlar.

Bu barədə CNN məlumat yayıb.

Bildirib ki, HƏMAS azı 10 israilli girovu azad etsə, hərbi əməliyyatlardakı fasilə bir gün də uzadıla bilər.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza zolağında dördgünlük atəşkəs rejimi qüvvəyə minib.