Misir Ərzaq Təchizatları Agentliyi Misir Əmtəə Birjasında ilk ticarət günündə 12 min ton Rusiya buğdasını hərraca çıxarıb və onun alınması üçün 18 müqavilə imzalayıb.

Bu barədə Misirin Təchizat və Daxili Ticarət Nazirliyinin yaydığı məlumatda deyilir.

Misir Ərzaq Təchizatları Agentliyi noyabrın 27-də fəaliyyətə başlayıb. Agentliyin direktoru İbrahim Aşmaui açılış ərəfəsində bildirib ki, birja Rusiya buğdası ilə ticarətə başlayacaq.

İstinadlar Report