
Misir hökuməti beynəlxalq inkişaf şirkətləri ilə yaşıl hidrogen və bərpa olunan enerji sahəsində əməkdaşlığa dair 7 saziş imzalayıb, birgə layihələrin ilk 10 ilində investisiya potensialı 40 milyard dollar təşkil edir.
Bu barədə Misirin Nazirlər Kabinetinin nümayəndəsi xəbər verib.
Proqramların həyata keçirilməsində iştirak edən dövlət qurumları arasında Misir Suveren Fondu və Süveyş Kanalı İqtisadi Zonasının Baş İdarəsi var. Misirin planlaşdırma və iqtisadi inkişaf naziri Hala əl-Səid qeyd edib ki, imzalanmış sazişlər “Süveyş kanalı iqtisadi zonasında yaşıl hidrogen sahəsində real layihələrin həyata keçirilməsi üçün ölkənin Suveren Fondunun beynəlxalq şirkətlərlə investisiya tərəfdaşlığında yeni mərhələdir.