Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellə regional məsələləri müzakirə ediblər.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Mirzoyanla Borel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ətrafında cərəyan edən prosesləri müzakirə ediblər.

İstinadlar Report