Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın təyyarəsi Düşənbəyə uça bilməyib.

Buna təyyarədə nasazlığın yaranması səbəb olub. Bununla da Mirzoyan Tacikistanda Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Xarici işlər, Müdafiə və Təhlükəsizlik Şuralarının birgə iclasında iştirak edə bilməyib.

Mirzoyan KTMT strukturlarının davam edəcək sessiyasında iştirak etmək üçün sentyabrın 16-da Tacikistana gedəcək.

İstinadlar Qafqazinfo