Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Şimali Makedoniyanın paytaxtı Skopyeyə işgüzar səfərə yollanıb.

Bu barədə XİN-in mətbuat katibi Ani Badalyan “X” sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, səfər noyabrın 29-dan dekabrın 1-dək davam edəcək. A.Mirzoyan ATƏT XİN başçılarının iclasında iştirak edəcək.

Ermənistanın xarici işlər nazirinin digər ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.

İstinadlar Report