Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketinin verildiyini deyib.

Bunu A. Mirzoyan ATƏT-ə üzv ölkəərin XİN başçıları Şurasının Şimali Makedoniyanın Skopye şəhərində keçirilən toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib.

Məlumata görə, nazirlər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

İstinadlar Report