
Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində hindistanlı həmkarı Subramanyam Caişankarla görüşüb.
Bu barədə “TASS” məlumat yayıb.
“Həmsöhbətlər ikitərəfli tərəfdaşlığın gündəliyində duran məsələləri müzakirə ediblər. Yüksək səviyyəli siyasi dialoq, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın birgə dərinləşdirilməsinə hazır olması məmnunluqla qeyd olunub”, – deyə məlumatda bildirilir.
Erməni diplomat hindistanlı həmkarına Cənubi Qafqazdakı vəziyyəti təqdim edib, həmçinin onunla Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edib.