Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrellə görüşüb.

Tərəflər görüş zamanı bir sıra regional və beynəlxalq məsələlər, eləcə də Qarabağ məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Ararat Mirzoyan mayın 17-si Brüsselə iki günlük səfər edib.