Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Düşənbədə azərbaycanlı və rusiyalı həmkarları Ceyhun Bayramov və Sergey Lavrovla görüşü müsbət qiymətləndirib.

A.Mirzoyan bu barədə Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı danışıb.

“Ümid edirəm ki, Sergey Lavrov və Ceyhun Bayramovla görüş regionda sülhün və sabitliyin təmin olunması yolunda daha bir addım olacaq”, – deyə Mirzoyan söyləyib.