Ermənistanın xarici işləri naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində iştirak etdiyini və Türkiyə ilə münasibətlərin tam nizamlanmasına səy göstərdiyini bildirib.

Bu barədə o, ABŞ-nin Nyu-York şəhərində keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.

“Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir”, – o vurğulayıb.

A.Mirzoyan qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına da daim səy göstərir:

İstinadlar Report