Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 1-də və 2-də Qaraqalpaq Respublikasında iğtişaşlar zamanı dinc əhali və təhlükəsizlik qüvvələri arasında xəsarət alanlar barədə məlumat verib.

Bu barədə Mirziyoyevin mətbuat katibi Şerzod Əsədov bildirib.

“Təəssüf ki, dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərərçəkənlər var”, – dövlət başçısı deyib.

Mirziyoyev Qaraqalpaqda baş verən son iğtişaşları ölkənin ərazi bütövlüyünü pozmaq cəhdi adlandırıb.

İstinadlar Report