Rusiyanın vasitəçiliyi ilə Bakı və İrəvan arasında əldə edilən razılaşmalar sayəsində Qafqaz regionunda vəziyyət nisbətən sakit olaraq qalır.

Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas BMT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə danışığı zamanı deyib.

Onun sözlərinə görə, vəziyyəti daha da normallaşdırmaq üçün dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı əməli işlərə ehtiyac var.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Ermənistan lasərhədinin delimitasiya hər hansı qeyd-şərt olmadan həyata keçirilməlidir.

İstinadlar Report