Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Cəngan kəndinin sakinləri ilə səyyar görüş keçirib.

Vətəndaş qəbulunda RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra Cəngan kəndinin ərazi dairəsi üzrə nümayəndəsi çıxış edərək Cəngan kəndi haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Mirhəsən Seyidov çıxış edərək bildirib ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı bütün dünyaya nümunədir. Regional və qlobal məkanda baş verən bütün proseslərdə yaxından iştirak edən Azərbaycan bir çox beynəlxalq layihələri məhz Türkiyə üzərindən reallaşdırır. Neft və qaz resurslarının dünya bazarlarına çıxarılması da qardaş ölkə vasitəsilə həyata keçirilir.

RİH başçısı Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə də görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, suvarma kanallarının lildən, daxili avtomobil yollarının təmiri və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər. Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov-az portalına daxil olaraq müraciət edə bilərlər.





İstinadlar Qafqazinfo