Bu günlərdə 60 yaşını qeyd edən tanınmış jurnalist Mir Şahin Ağayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. 

O, tələbələrlə görüşərək jurnalistikanın sirlərini bölüşüb.

Görüş zamanı tələbələrə onun müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişindən videolar da təqdim edilib. 

Qeyd edək ki, noyabrın 11-də Prezident İlham Əliyevin Sərəncamı ilə Mir Şahin Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.