Pandemiya həm inkişaf etmiş ölkələrə, həm də inkişaf etməkdə olan ölkələrə mənfi təsir edib və bu təsir hələ də qalmaqdadır. Pandemiya zamanı 520 milyon insan koronavirusa yoluxub, 6 milyon 300 min insan isə koronavirusdan ölüb. 

Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının  (İƏT) parlament Asambleyasının Bakıda keçirilən üçüncü ümumi konfransında çıxışı zamanı Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

“Miqrasiya, işsizlik, həddən artıq yoxsulluq təhdidə çevrilib. Ədalətsizlik, tarazlığın olmaması problemləri daha da dərinləşdirib. Ukraynadakı müharibənin təsiri altında ərzaq məhsulları problemi meydana çıxmışdı, enerji qiymətləri kəskin artıb ki, bu da bir risk elementidir”, deyə Şəntop qeyd edib.  

Türkiyə parlamentinin sədri qeyd edib ki,  yeni dünyada hamını başa düşən, hamını əhatə edən qurumlara ehtiyac var: “Regionumdakı problemlərlə mübarizə aparmaqğın yolu bu məsələləri qlobal aktorların ixtiyarına verməmək, regional əməkdaşlığı genişləndirməkdir. Çünki, qlobal aktorlar problemləıri həll etmir, əksinə onları daha da dərinləşdirir. Biz bu coğrafiyada yaşayan insanlarıq və problemləri özümüz həll etməliyik”.

O, qeyd edib ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına buna bariz nümunədir. 1992-ci ildə Qarabağın işğalına son qoymaq üçün ATƏT-in Minsk qrupunu yaratmışdılar. 30 il ərzində dünyanın aparıcı ölkələrindən ibarət olan mexanizm bu problemi həll edə bilmədi. Regionumuzda yerləşməyən dövlətlərin burada iştirakı problemin həll əvəzinə, onun dərinləşməsinə səbəb olur. Azərbaycan nümunəsində bunu gördük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu işğala son qoydu. Biz Türkiyə olaraq Azərbaycana bu məsələdə hər zaman dəstək olduq. Türkiyə Azərbaycana hüquqi cəhətdən haqlı olduğuna görə dəstək verib. Ermənistanla Azərbaycan arasında olan münaqişə regional təhlükəsizlik üçün təhdid yaratmışdı”.