Belarusun paytaxtı Minsk şəhərinin mərkəzindəki Müstəqillik meydanına avqustun 9-da keçirilən prezident seçkilərinin rəsmi nəticələrindən narazı olanlar toplaşırlar.

Aksiya iştirakçıları “Zorakılıqsız ölkə” şüarları qaldırıblar.

Eyni zamanla, bu gün paytaxt küçələrində təhlükəsizlik qüvvələrinin əməkdaşları o qədər də gözə dəymir.