Ermənistanın özünü müdafiə etmək, Fransadan və ya başqa ölkələrdən silah almaq hüququ var, lakin sülh müqaviləsi imzalamağa yaxın olduğumuz üçün Parisin bu addımı Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə yeni təxribatçı elementdir.
Bunu ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik “news-am”a müsahibəsində deyib.
O hesab edir ki, Fransa Ermənistanla silah tədarükü ilə bağlı müqaviləni Azərbaycanla sülh sazişi imzalandıqdan sonra bağlamalı idi.