Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Goran-Qızılhacılı avtomobil yolunda baş verib. Hərəkətdə olan “Opel” və “VAZ 21011” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli 



İstinadlar Qafqazinfo