Mingəçevir şəhərində “Mercedes”, “Mitsubishi” və “ВАЗ” markalı üç minik avtomobili toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan “Mercedes” markalı minik avtomobilindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

İstinadlar Qafqazinfo