
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 9 nəfər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı-Elnur Muxtarov, Səlim Səfərov, Bəxtiyar Kərimov, Zaur Şirinov, Sahil Yusifov, Zaur Rzayev, Elşən Mustafayev, Rəşvin Yusifov və Kamal İbrahimov saxlanılıb.