Mingəçevirdə iki nəfər bir-birini bıçaqlayıb.

Avqustun 2-də saat 22 radələrində 40 yaşlı Fariz Səmədov aralarında yaranmış mübahisə zamanı 1987-ci il təvəllüdlü Ceyhun Mirzəyevi bıçaqlayıb. C.Mirzəyev də F.Səmədovun bel nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə F.Səmədov saxlanılıb, digər şəxs isə xəstəxanaya yerləşdirilib.

İstinadlar Report