Füzuli rayonunun Mincivan-Hacıqabul avtomobil yolunun 118-ci kilometrliyində yol qəzası olub, ölən və yaralananlar var.

Ötən gün saat 17 radələrində 1992-ci il təvəllüdlü Kərimli Cəlal Abil oğlu idarə etdiyi “Qazel” markalı nəqliyyat vasitəsi ilə Mincivan-Hacıqabul avtomobil yolunun 118-ci kilometrliyində ötmə əməliyyatı həyata keçirərkən qarşı tərəfdən gələn 28.07.1978-ci il təvəllüdlü Məmmədov Elşən Əmir oğlunun idarə etdiyi “Daewoo” markalı nəqliyyat vasitəsinin yoluna çıxmış, nəticədə “Qazel” markalı avtomobilin sol bort hissəsi “Daewoo” markalı avtomobilin sol ön hissəsinə dǝyǝrǝk toqquşma baş vermiş, zərbənin təsirindən “Daewoo” markalı avtomobil idarəetməni itirərək aşmış, nəticədə “Daewoo” markalı avtomobilin sərnişini 08.12.1955-ci il təvəllüdlü İmaməliyeva Rahila Hidayət qızı hadisə yerində ölmüş, hər iki avtomobilin sürücüləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İstinadlar Report