Füzulinin Aşağı Seyidəhmədli kəndi ərazisində minaya düşərək həlak olan şəxslərin minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirdikləri məlum olub.

Bu barədə DİN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, noyabrın 28-də vətəndaşlar Ş.Hacıyev, F.Hacıyev, Z.Adilzadə və Z.Hüseynov “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Fizuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.

İstinadlar Qafqazinfo