Azərbaycanda “Dur oppan”, “Hər şey istəyirəm” kimi mahnılarla populyarlaşan, daha sonra gündəmdən uzaq düşən Mina Hüseyn “O səs Türkiyə” yarışmasına qatılıb. 

Gənc ifaçı məşhur müsabiqənin bu həftəki buraxılışında çıxış edəcək. Hətta “O səs”in anonsu Minanın ifası üzərində qurulub.  Videodan görünür ki, bütün münsif üzvləri həmyerlimizin ifasına heyran olub. O, səhnədə Türkiyənin məşhur türküsü “Nayino”nu səsləndirib.

Yarışma ilə bağlı “Qafqazinfo”ya təəsüratlarını bölüşən Mina “O səs”ə Acun Medya tərəfindən dəvət olunduğunu bildirib:

“Təəssüratım superdir. Hələ məni bu qədər tərifləməmişdilər. İfama heyran qaldılar. Mənə dedilər ki, bu kimdir, Qaradəniz qızıdır? Sonra söylədim ki, Azərbaycandan qatılmışam. Zalda alqışlar kəsilmirdi. Seda Sayan məni Bakıda görüb, səsimi dinləyib və bəyənib. Köməkçiləri məni Acun Ilıcalıya təklif edib, o da deyib ki, mütləq gəlsin. Yəni, hamı seçim üçün 3 tur keçib, mən isə birbaşa səhnəyə çıxdım”.

Video:

 

Oxumağa dəyər:   Dərman mafiyasının məhkəmə işi başlayır