“WhatsApp” messenceri “Windows Phone” əməliyyat sistemi, “Android” və “iOS” platformalarının köhnə versiyalarının idarəetməsi altında işləyən cihazlarda işləməyəcək. Bu haqda “Daily Mail” qəzeti məlumat verib.

Sözügedən messencer “Windows Phone” mobil əməliyyat sistemində 2019-cu il dekabrın 31-də öz işini dayandıracaq. Həmçinin 2020-ci ilin fevralın 1-dən etibarən messencer “Android 2.3.7”-dək və “iOS 9”-dək olan versiyalarda işləməyəcək.Milyonlarla istifadəçi “WhatsApp” messencerinə girişdən məhrum olacaq.

Sözügedən messencer “Android 4.0.3” və “iOS 9” versiyalarından başlayaraq digər versiyaların idarəetməsi altında işləyən qurğularda əlçatan olacaq. Şirkətin nümayəndəsi izah edib ki, bu məhdudiyyətlər messencerin imkanlarının gələcəkdə genişləndirilməsinin qeyri-mümkünlüyü ilə bağlıdır.

Emil Hüseynov

İstinadlar ict news