Azerbaycan24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
  • Ermənistanın müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb
  • Ötən həftə 16 azyaşlı xilas olunub – Video
  • Zərdabda kommunikasiya naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
  • Çaylarda sululuq artdı
  • Neft ABŞ və Çin arasında danışıqlar fonunda cüzi bahalaşıb
  • “VOYAH” ən təhlükəsiz avtomobillər reytinqinin qalibi olub – Fotolar
  • Ötən gün vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  • Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır
  • Alça yığarkən yıxılıb öldü
  • Ermənistanın müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb
  • Ötən həftə 16 azyaşlı xilas olunub – Video
  • Çaylarda sululuq artdı
  • Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır
  • Tıxac olan 17 istiqamət – Siyahı
  • Marko Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
  • Qəzzada ölənlərin sayı 53 minə çatır
  • Saçı süpürgə qadın…
  • Aİ və London müdafiə və təhlükəsizlik üzrə pakt hazırlayır
  • Çində güclü zəlzələ baş verib
  • Misir və Qətər “HƏMAS”ın girovu azad etmək qərarını ümidverici addım kimi qiymətləndirib
  • Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
  • “HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
  • “Al Jazeera”: ABŞ və “HƏMAS” birbaşa danışıqlar aparır
  • NBC: Trampla Netanyahu arasında münasibətlər İran və Qəzzaya görə pisləşib
  • Lerikdəndir, amma ABŞ polisidir – Fotolar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var – VİDEO
20/09/2024 15:32
Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
12/05/2025 10:08
Ötən həftə 16 azyaşlı xilas olunub – Video
12/05/2025 10:02
“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
11/05/2025 15:50
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video
11/05/2025 12:38
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video
11/05/2025 10:35
Prezidentin bugünkü çıxışının – Videosu
10/05/2025 23:17
Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video
10/05/2025 11:59
Polis Akademiyasının kursantlarından fləşmob – Video
10/05/2025 09:38
Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO
09/05/2025 21:55
“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO
09/05/2025 20:26
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO
09/05/2025 19:38
DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar
09/05/2025 13:35
“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video
08/05/2025 17:47
Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO
08/05/2025 11:38
Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+
07/05/2025 18:28
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO
07/05/2025 17:38

Video xəbərlər

  • Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
  • Ötən həftə 16 azyaşlı xilas olunub – Video
  • “Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO
  • Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video
  • Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

12/05/2025
10:08 Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video
10:05 Ermənistanın müdafiə naziri Almaniyaya işgüzar səfərə yollanıb
10:02 Ötən həftə 16 azyaşlı xilas olunub – Video
09:50 Zərdabda kommunikasiya naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
09:49 Çaylarda sululuq artdı
09:47 Neft ABŞ və Çin arasında danışıqlar fonunda cüzi bahalaşıb
09:39 “VOYAH” ən təhlükəsiz avtomobillər reytinqinin qalibi olub – Fotolar
09:35 Ötən gün vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
09:26 Məhkəmədə xaricdə ələ keçirilən terrorçular barədə həbs məsələsinə baxılır
09:17 Alça yığarkən yıxılıb öldü
09:02 Göyçayda kişi alça ağacından yıxılaraq ölüb
08:56 Hindistanda ağır yol qəzasında 13 nəfər ölüb
08:47 Xırdalanda yanğınla nəticələnən yol qəzası baş verib
08:32 Bayramov Bəhreyn Krallığına gedir
08:29 Tıxac olan 17 istiqamət – Siyahı
08:26 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
07:47 Marko Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
07:11 Qəzzada ölənlərin sayı 53 minə çatır
07:02 Saçı süpürgə qadın…
06:11 “HƏMAS”ın azad etdiyi Amerika vətəndaşı ölkəsinə qayıdır
06:02 Çin və ABŞ ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi yaratmaq barədə razılığa gəliblər
04:47 Atlanta şəhərində texniki problem 450-dən çox aviareysin təxirə düşməsinə səbəb olub
04:23 Tramp ABŞ-də dərmanların 30-80% ucuzlaşacağını elan edib
03:20 Aİ və London müdafiə və təhlükəsizlik üzrə pakt hazırlayır
02:47 ABŞ prezidenti Yaxın Şərq turuna çıxır
02:14 Çində güclü zəlzələ baş verib
02:05 Misir və Qətər “HƏMAS”ın girovu azad etmək qərarını ümidverici addım kimi qiymətləndirib
01:35 Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
00:56 İsrail ABŞ-nin Qəzzaya humanitar yardım çatdırmaq planını dəstəkləyib
00:20 Pezeşkian: İran heç vaxt dinc nüvə enerjisindən imtina etməyəcək
00:00 Göyçayda güclü yanğın ev sahibinə küllü miqdarda maddi ziyan vurub
11/05/2025
23:35 Ceyhun Bayramov həmkarı ilə telefon danışığı aparıb
23:34 Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
23:32 “HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
23:17 KİV: ABŞ və Çin ticarət kəsirini azaltmaq üçün razılığa gəliblər
23:14 “Al Jazeera”: ABŞ və “HƏMAS” birbaşa danışıqlar aparır
22:44 Ağsu sakını Şamaxıda ağac parçası ilə döyülüb
22:37 Rayonlara dolu yağıb – Fotolar
22:34 NBC: Trampla Netanyahu arasında münasibətlər İran və Qəzzaya görə pisləşib
22:32 İran uranın zənginləşdirilməsi həcmlərini məhdudlaşdıra bilər
22:02 Lerikdəndir, amma ABŞ polisidir – Fotolar
21:50 İran ABŞ-la nüvə proqramı üzrə aparılan danışıqları müsbət qiymətləndirir
21:38 ABŞ Britaniya üçün tarifləri 10%-dən aşağı salmaq niyyətində deyil
21:29 “Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm”
21:17 Çin Yerin elektromaqnit sahəsini izləmək üçün peykləri orbitə buraxıb
21:08 Tramp Ukraynanı Putinin təklif etdiyi danışıqlara dərhal razılaşmağa çağırıb
20:41 KİV: PKK terror təşkilatı ləğv olunur
20:05 Almaniyada zəncirvari yol qəzasında 20-dən çox insan xəsarət alıb
19:50 Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi
19:47 İrəvanda iki təyyarə qasırğa səbəbindən eniş edə bilmir
19:26 Politico: Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir
19:05 4 gün hava belə olacaq…
18:42 Qaxda külək evin dam örtüyünü uçurub
18:38 Qaxda külək evi bu hala saldı – Fotolar
18:23 İran XİN: ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu
18:17 Kelloq: Ukrayna danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə edilməlidir
17:53 FHN bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
17:32 ABŞ dövlət katibi Mark Rubio Türkiyəyə səfər edəcək
17:29 Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçib
17:17 İmtahan nəticələri nə vaxt elan olunacaq?

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Milyonlarla dövriyyəsi olan qanunsuz şəbəkə ifşa olundu – Həbs edilənlər var – VİDEO

Multimedia 20/09/2024 15:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib.

Idarə sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.

Belə ki, Baş İdarə əməkdaşları ölkənin virtual məkanında qeydə alınan cinayət xarakterli davranışların təhlilini apararkən instaqram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılmış səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edildikdən sonra dəstə ətrafında 3 ay davam edən əhatəli əməliyyat-texniki tədbirlər keçirilib.

Müəyyən edilib ki, dəstəyə başçılıq edən 1999-cu il təvəllüdlü Elmidar İsmayılzadə, 1974-cü il təvəllüdlü Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. Cinayətkar şəbəkənin üzvləri gizliliyi təmin etmək məqsədilə Rusiya, Ukrayna, Türkiyə və sair ölkələrə məxsus mobil nömrələrdən istifadə etməklə sosial şəbəkələrdə çoxsaylı səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.

Oxumağa dəyər:   ABŞ dövlət katibi Mark Rubio Türkiyəyə səfər edəcək

“Fast Loto”, “CHCPlay” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində çoxşaxəli virtual idarəetmə sistemi quraraq mobil qruplar şəklində kirayə götürdükləri və mütəmadi olaraq dəyişdikləri mənzillərdə Elmidar İsmayılzadə və Eldəniz İsmayılovun göstərişləri əsasında fəaliyyət göstəriblər. Qumar oyunlarının şərti olaraq “qurban” adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1.157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb.

Oxumağa dəyər:   Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb

Aparılmış araşdırmalarla şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulması sxemlərindən istifadə etdiyi də məlum olub. Belə ki, bu huquqazidd fəaliyyətdə dəstənin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini kriptovalyutaya çevirərək xarici ölkələrə göndərməsini təşkil edən 1988-ci il təvəllüdlü Rövşən Məmmədov müəyyən edilərək saxlanılıb. Onun ofisinə və yaşadığı mənzilə baxış keçirilərkən bir çox maddi sübutlar aşkar olunaraq götürülüb. Araşdırmalarla dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub.

İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, “Mercedes Galenvagen”, “Lexus”, “Range Rover” markalı lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Oxumağa dəyər:   Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - Video

Faktla bağlı Baş İdarədə Azərbaycan Respublikası CM-in 244-1.3.1 (mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə edilməklə qumar oyunlarının təşkili), 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xarici ölkələrdə gizlənən dəstə üzvlərinin ölkəyə gətirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində isə hüquqi prosedurlar başlanılıb. Dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Multimedia 12/05/2025 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir qrup vətəndaş alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanıb ev almaq istəyib, lakin dələduzluqla üzləşiblər.

Onlar tanınmış bloqerlərin də reklam etdiyi bu şirkətin vətəndaşların külli miqdarda pulunu mənimsədiklərini iddia edirlər.

Zərərçəkənlərdən birinin sözlərinə görə, “Daşqın əmlak ofisi” adlanan şirkəti “TikTok”da görüb: “Gəldim bura. Maşınım var idi, dedi, get sat, iki ay ərzində sənə ev verəcəyəm. 30-40 minlik ev istədim, 16 ildir kirayədə qalıram. Ona 7000 manat verdim. Pulu rəsmi şəkildə vermədim, izahat yazdı”.

Vətəndaşlar bildiriblər ki, onları bu vədlərə inandıran həm də tanınmış bloqerlər olub: “Miri və Tərlan adlı bloqerlər özləri bu alqı-satqı şirkətini reklam edirlər. 6 min pul ödəmişəm, ortada heç nə yoxdur”.

Şikayətçilərin bir çoxu pulları rəsmi qaydada təqdim etmədiklərini desələr də, onların arasında notarial təsdiqlə pulu ödəyənlər də var: “10 min pul gətirib vermişəm. Notariat ofisə mən, yoldaşım və Daşqın getmişdik. Əlimdə sənədim var”.

Oxumağa dəyər:   Ərdoğan Makronla telefon danışığı aparıb

“TikTok”da bloqer Miri olaraq tanınan Mirəhməd Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmənnasız ev verməklə onu inandırdıqlarını söyləyib: “Şirkətin şəhid, qazi ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm”.

Həmin şirkətin rəhbəri Daşqın Məmmədov isə bildirib ki, sakinlərin şikayətlərinə cavab veriləcək. Onlardan alınan pullar mərhələli şəkildə geri ödənəcək.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələnin polisin diqqət mərkəzində olduğunu, istintaq araşdırması aparıldığını qeyd edib.

Daha ətraflı Xəzər TV-nin hazırladığı süjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Multimedia 12/05/2025 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 156 yanğına çıxış, 33 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-nin qüvvələri tərəfindən ötən həftə ərzində 16-sı azyaşlı olmaqla 44 nəfər xilas edilib, 7 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb, 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Multimedia 11/05/2025 15:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin baş planı üzrə 1 213 evin inşası sona çatıb.

“Haber Global” telekanalının əməkdaşı sözgedən şəhərdə olub.

Bildirilir ki, tikinti işləri TOKİ və MİDA-nın rəhbərliyi ilə həyata keçirilib. Zəlzələdən sonra dağılan evlər müasir şəhərsalma yanaşması ilə yenidən qurulur.

Layihəyə 1 213 ev, 1 318 mağaza və 464 ofis daxildir.

Məhəllədə Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçası da var.

Telekanalın əməkdaşı evlərin öz sahiblərinə iyunun sonunda təhvil veriləcəyini və açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyini bildirib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da mərkəzi Kahramanmaraş olmaqla, Türkiyədə baş verən 7.7 və 7.6 bal gücündəki dağıdıcı zəlzələdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Zəlzələ nəticəsində 38 min 901 bina dağılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Multimedia 11/05/2025 12:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumata görə, Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.

Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.

Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Multimedia 11/05/2025 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Abşeron rayonu, Məmmədli kəndi ərazisində 1995-ci il təvəllüdlü Musayev Ceyhun İman oğlu avtomobil təmiri zamanı əlinin şüşəsilənin mühərrikində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.

Bu FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə C.Musayevin sıxılı vəziyyətdə qalmış əli mühərrikdən çıxarılaraq vətəndaşın xilas edilməsi təmin edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentin bugünkü çıxışının – Videosu

Multimedia 10/05/2025 23:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər.

Dövlət başçısı tədbirdə çıxış edib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Multimedia 10/05/2025 11:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Ögey ana” və “Fəryad” filmlərinin baş qəhrəmanına həyat verən mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Rusiya paytaxtında küçədə yaşayır.

Bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev bildirib.

Onun sözlərinə görə, aktyorun yeganə övladı uzun müddət öncə Azərbaycandan gedib: “Niyə görə gedib? Küsüb gedib? Nə baş verib? Ev-eşiyi olan adam niyə bu vəziyyətdədir və nə üçün qaçır? Orada yaşayan həmyerlilərimiz ona kömək etmək istəsələr də, qəbul etmir, gizlənir, tez-tez yerini dəyişir. O, məşhur aktyor Ceyhun Mirzəyevin yeganə qızıdır. Cəmalə Ceyhun qızı Mirzəyeva …”

Xatırladaq ki, Ceyhun Mirzəyevin çəkdiyi və aktyor kimi çəkildiyi son film “Fəryad” olub. O, 47 yaşının tamamına az qalmış – 1993-cü il martın 5-də vəfat edib.

Aktyorun həyat yoldaşı Lidiya Mirzəyeva isə 2015-ci ildə dünyasını dəyişib.

Daha ətraflı videomaterialda: 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Multimedia 10/05/2025 09:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

DİN-in Polis Akademiyasının kursantları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan fləşmob keçiriblər.

Fləşmobda “Tarix yazan lider, tarix yazan imza” və “Əbədi yaşa, Ümummilli Liderimiz” kompozisiyaları nümayiş olunub.

Fləşmob videosunu təqdim edirik:






İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Multimedia 09/05/2025 21:55
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma görülmüş işlər barədə məlumat verilib.

Səfər zamanı lentə alınan kadrlarda Prezidentlə xanımının səmimi görüntüləri də yer alıb.

Görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Multimedia 09/05/2025 20:26
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Multimedia 09/05/2025 19:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pakistan İslam Respublikasının Milli Müdafiə Universitetinin Milli Təhlükəsizlik və Müharibə kursunun rəhbər və dinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisi çərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkənin hərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi elmi tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Pakistan nümayəndə heyətini salamlayaraq, Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbi təhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxın gələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələri barədə danışıqlar aparılıb.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Multimedia 09/05/2025 13:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasından 102 il ötür. 

Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda müstəqil dövlətimizin memarı, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Multimedia 08/05/2025 17:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Nə qədər insan saatlarla dayanacaqda avtobus gözləyir. 105 saylı avtobus xətti vətəndaşlara çətinliklər yaradır”. 

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup Balaxanı sakini müraciət edib. 

Sərnişinlərin sözlərinə görə, 8-ci kilometr bazarından Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən həmin xəttin avtobusları yararsız vəziyyətdə olduğundan xidmət göstərə bilmirlər: “Nəticədə biz insanlar əziyyət çəkirik, uşaqları məktəbə belə aparmaq olmur. Yığılıb saatlarla avtobus gözləyirik. Əvvəlki marşrutlarda belə problem yox idi, interval da normal idi. Ancaq bu yenitipli avtobuslar problemlidir. Taksidən istifadə etməyə ehtiyac yaranır. Bunu da hər dəfə çatdırmaq olmaz”. 

Vətəndaşlar, həmçinin iddia edir ki, bu avtobusların sənəd problemləri də var: “Uzun müddət gözlədik, 2 saat sonra avtobus gəldi. Bu zaman isə DYP əməkdaşları tərəfindən saxlanıldı. Bizim bildiyimizə görə, buna səbəb avtobusun sənədlərində problemin olmasıdır. Avtobusun rəngi ilə bağlı problem yaranıb. Belə ki, onların rəngi sənəddə ağ qeyd olunsa da, qırmızıdır. Bunun əziyyətini biz çəkirik, başqa heç bir məlumata sahib deyilik. İstəyirik ki, hər gün vaxtında işimizə çataq. Qiymətlərlə bağlı da problem var. Kartımızdan bir dəfə 55, bir dəfə 60, bir dəfə də 80 qəpik çıxır. Nə qiymətləri tənzimləyirlər, nə də vaxtında vətəndaşa xidmət göstərirlər. Bundan öncəki daşıyıcı şirkətdən razı idik”.

Oxumağa dəyər:   Çaylarda sululuq artıb

Məsələ ilə bağlı Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab isə belə oldu: “105 saylı marşrut xətti üzrə avtobusların bir neçəsi texniki qeydiyyat şəhadətnamələrində xırda uyğunsuzluq səbəbindən xəttdən kənarlaşdırılıb. Hazırda həmin avtobuslar xəttə qaytarılaraq fasiləsiz sərnişindaşıma fəaliyyəti təmin edilib”. 

Sakinlərin saytımıza göndərdiyi videodan da aydın olur ki, sərnişin sıxlığı səbəbindən avtobus qapısı açıq şəkildə hərəkət edir və bu da kifayət qədər təhlükəli vəziyyət yaradır:

Fidan Etibar

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Multimedia 08/05/2025 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Suraxanı rayonunda şəhid bulağına bir neçə şəxs tərəfindən müdaxilə edilməsi ilə bağlı görüntülər yayılıb.  

Bu barədə “Kanal 21” səhifəsi paylaşım edib.

Mənbədə qeyd olunub ki, adıçəkilən ərazidəki şəhid bulağı gecə saatlarında bir neçə şəxs tərəfindən dağıdılıb. Videoda həmin şəxslərin ilk olaraq bulağın işığını söndürməsi öz əksini tapıb. Bildirilib ki, həmin şəxslər bunu kameradan kimlikləri bəlli olmasın deyə ediblər.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şəhid Elmaz Hacıyevin adına artıq mövcud olan bulaq-abidə kompleksinə baxmayaraq, şəhidin anası Səxavət Hacıyeva və qardaşı tərəfindən həmin kompleksin bilavasitə yaxınlığında yeni bulaq-abidə kompleksinin inşası işləri həyata keçirilir.

Qeyd olunan tikinti ilə bağlı müvafiq qurumlara müraciət olunması üçün şəhid ailəsinə Rayon İcra Hakimiyyəti tərəfindən tövsiyələr verilsə də, göstərilən tapşırıqlara əməl olunmadan tikinti işləri davam etdirilib. Eyni zamanda, bulaq tikintisinin aparıldığı ərazinin ona məxsus olduğunu iddia edən vətəndaş Arzuman Şalı oğlu Əliyev tərəfindən müvafiq torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması barədə Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunub. 

Oxumağa dəyər:   Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçib

Tikinti prosesi zamanı tərəflər arasında narazılıq yaranıb, ilkin ehtimallara əsasən, ərazidə qeydə alınan söküntü işləri torpaq mülkiyyəti iddiası irəli sürən vətəndaş tərəfindən həyata keçirilib. Əlavə olaraq məlumat üçün bildiririk ki, şəhid bulağının qarşı tərəfində, şəhid ailəsi tərəfindən müvafiq razılıq və icazələr olmadan qanunsuz inşa edilərək hal-hazırda fəaliyyət göstərən qeyri-yaşayış təyinatlı obyekt mövcuddur”.

Qeyd edək ki, şəhid Elmaz Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb, noyabrın 4-də şəhid olub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” medalı, “Laçının azad olunmasına görə” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Sözügedən görüntüləri təqdim edirik: 

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Multimedia 07/05/2025 18:28
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN intensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərin subasmaya məruz qalması ilə bağlı məlumat yayıb.

Nazirlikdən “Qafqazinfo”ya bildirilib ki, məlumatlarla əlaqədar dərhal qurumun Muğan Regional Mərkəzinin qüvvələri ərazilərə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən rayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksiz vəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Hacıqabul rayonunda intensiv yağışlarla əlaqədar subasmaya məruz qalmış ərazilərdə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Hazırda FHN-in Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən Hacıqabul şəhəri, rayonun Muğan qəsəbəsi və Şorbaçı kəndində su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Hadisə 07/05/2025 17:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 7-də respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 215 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 16 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 12/05/2025 10:08

Tanınmış bloqerlərə güvənib pullarından oldular… – Video

Read more
Multimedia 12/05/2025 10:02

Ötən həftə 16 azyaşlı xilas olunub – Video

Read more
Multimedia 11/05/2025 15:50

“Haber Global”: Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək – VİDEO

Read more
Multimedia 11/05/2025 12:38

Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi – Video

Read more
Multimedia 11/05/2025 10:35

Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu – Video

Read more
Multimedia 10/05/2025 23:17

Prezidentin bugünkü çıxışının – Videosu

Read more
Multimedia 10/05/2025 11:59

Ceyhun Mirzəyevin qızı Rusiyada küçədə yaşayır – Video

Read more
Multimedia 10/05/2025 09:38

Polis Akademiyasının kursantlarından fləşmob – Video

Read more
Multimedia 09/05/2025 21:55

Prezidentlə xanımından səmimi – Görüntülər – VİDEO

Read more
Multimedia 09/05/2025 20:26

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb – VİDEO

Read more
Multimedia 09/05/2025 19:38

Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində olub – VİDEO

Read more
Multimedia 09/05/2025 13:35

DİN-in kollektivi Heydər Əliyevin xatirəsini yad etdi – Video+Fotolar

Read more
Multimedia 08/05/2025 17:47

“Avtobusun rənginə görə biz əziyyət çəkirik” – Video

Read more
Multimedia 08/05/2025 11:38

Şəhid bulağını kim dağıtmaq istəyib? – Rəsmi cavab – VİDEO

Read more
Multimedia 07/05/2025 18:28

Hacıqabulda suçəkmə işləri davam etdirilir – Video+Fotolar+

Read more
Hadisə 07/05/2025 17:38

Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib – VİDEO

Read more
Multimedia 07/05/2025 16:44

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı – Video

Read more
Multimedia 07/05/2025 14:47

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana – VİDEO

Read more
Multimedia 07/05/2025 12:56

Azyaşlıya əxlaqsız hərəkətlər etmiş Hacı Salmana – Hökm oxundu – VİDEO

Read more
Multimedia 07/05/2025 11:59

FHN mülki müdafiə məşqi keçirdi – Video

Read more
Hadisə 07/05/2025 11:18

Sabirabadda 1000 kv metrə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub – VİDEO

Read more
Multimedia 06/05/2025 23:59

Arzusu vəkil olmaq imiş… – Video

Read more
Multimedia 06/05/2025 21:38

Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü – Video

Read more
Multimedia 06/05/2025 15:29

Müvəqqəti açılan körpüdə təhlükəli vəziyyət – Video

Read more
Multimedia 06/05/2025 14:08

Leyla Əliyevanın şir balası ilə maraqlı – Görüntüləri – VİDEO

Read more
Multimedia 06/05/2025 10:53

Tovuzda maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 06/05/2025 09:58

Bu gecə də Sabunçu tuneli su ilə dolubmuş – Video

Read more
Multimedia 06/05/2025 09:29

“Şəhidlər ölməz, vətən bölünməz” – Hərbçilərimiz Moskva küçələrində-Video

Read more
Multimedia 05/05/2025 23:35

Rusiyaya getmək çətinləşir – İyunun 30-dan kod alınmalıdır+Video

Read more
Multimedia 05/05/2025 21:53

Bu evlər təhlükə altındadır – Video

Read more
Multimedia 05/05/2025 15:44

Səsboğuculara müdaxilə edən moped və motosiklet sürücüləri saxlanıldı – Foto – VİDEO

Read more
Multimedia 05/05/2025 14:17

“Ulu Vətən” ifası ilə bütün zalı ayağa qaldırdı – VİDEO

Read more
Multimedia 05/05/2025 13:11

FHN Ucar RMX-də təlim keçirdi – Video

Read more
Multimedia 05/05/2025 12:59

“Hamınızın dədəsini yandıracaqlar…” – Video

Read more
Multimedia 05/05/2025 11:08

Azərbaycan dəniz piyadaları təlim keçirdi – VİDEO

Read more
Multimedia 02/05/2025 17:25

Xəzər dənizinin Azərbaycana mənsub bölməsində əməliyyat – Ölən və yaralanan var – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2025 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla