“Android” sisteminin idarəetməsi altında işləyən qurğularda istifadə olunan “Qualcomm” prosessorlarında istifadəçilərin məlumatını oğurlamağa imkan verən boşluq aşkar edilib. Bu haqda “CheckPoint” şirkətinin mütəxəssisləri məlumat veriblər.

Aşkar edilmiş boşluqlar parol, kart məlumatları və şifrləmə açarları kimi vacib məlumatları qoruyan “Qualcomm Secure Execution Environment” sahəsinə aiddir. Nəticədə cinayətkarlar yalnız məxfi məlumatları ələ keçirməklə kifayətlənmir, həm də qurğuya müdaxilə edə bilərlər.

Mütəxəssislər sınaqlar zamanı “Samsung”, həmçinin “LG” və “Motorola”nın aparatlarında yalnız 4 problem aşkar ediblər. “CheckPoint” şirkətinin mütəxəssisləri boşluqlar haqqında məlumatları şirkətlərə göndəriblər, onlar da öz növbəsində həmin problemləri aradan qaldırıblar.

Emil Hüseynov

İstinadlar ict news