Florida ştatında “Milton” qasırğası nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
“Azı 16 ölüm qasırğa ilə əlaqələndirilir”, – telekanal açıqlayıb.
Qeyd olunub ki, təbii fəlakətdən zərər çəkənlər üçün nəzərdə tutulan müvəqqəti sığınacaqlar dolub. Eyni zamanda, hotel otaqlarının qiymətləri kəskin şəkildə artıb.
Son vaxtlaradək Floridadakı bir çox yanacaqdoldurma məntəqələri bağlı qalıb və sakinlər yanacaq tapmaqda çətinlik çəkiblər.