“Bursaspor” klubunun futbolçusu Deniz Yılmaz artıq Türkiyədə legioner statusu ilə çıxış edəcək.

Bu, onun millimizin heyətində DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda rəsmi debütündən sonra baş verib. O, “Bursaspor”un 9-cu legioneri olub.

Qeyd edək ki, D.Yılmaz Şimali İrlandiya ilə oyunun 46-cı dəqiqəsində Ramil Şeydayevi əvəzləyərək meydana daxil olub. (Qafqazinfo)