Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycanda səfərdə olan Türkiyənin Müdafiə Sənayesi Direktorluğunun Müdafiə Sənayesi Akademiyasının sədri professor Cenk Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Türkiyə nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.