Avropa Birliyinin ERASMUS proqramı çərçivəsində Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının nümayəndələri ölkəmizə səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda bolqarıstanlı nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Hərbi İdarəetmə İnstitutunun xarici dil müəllim heyətinin tədrisi, qiymətləndirilmə, STANAG testlərinin tərtibatı və tədris proqramlarının hazırlanması istiqamətində təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə edilib.

İstinadlar Report